
Mirzə Ələkbər Sabir
30 may 1862-ci ildə Azərbaycanın Şirvan bölgəsinə daxil olan Şamaxı şəhərində anadan olan Sabirin əsl adı Ələkbər Tahirzadədir. "Sabir" sözü "səbr edən" mənasını verir, "Mirzə" isə oxuyub-yazmağı bacaran, təhsil almış şəxslərə hörmət və ehtiram məqsədilə istifadə olunan müraciət formasıdır. Mirzə Ələkbər Sabirin valideynləri Hacı Məşədi Zeynalabdin və Səltənət xanımdır.Atası Hacı Məşədi Zeynalabdin gənclik illərində ona miras qalan əmlakı və pulu bir müddət qeyri-səmərəli şəkildə xərcləmiş, sonradan isə ailəsini dolandırmaq məqsədilə Şamaxıda kiçik bir baqqal dükanı açmışdı."Ümid məktəbi" fəaliyyətini dayandırdıqdan sonra Mirzə Ələkbər Sabir maarifçilik fəaliyyətini davam etdirmək məqsədilə 1910-cu ilin əvvəllərində Şamaxıdan Bakıya köçür. Sabirin həmyerlisi və yaxın dostları Məhəmməd Hadi və Əbdürrəhman Tofiq Əfəndizadə həmin dövrdə "Səda" qəzetində çalışırdılar. M. Hadinin İstanbula yola düşməsi ilə əlaqədar olaraq Sabir onun yerinə "Səda" redaksiyasında fəaliyyətə başlayır. Bu dövrdə uşaqlıq və məktəb yoldaşı S. M. Qənizadənin dəstəyi ilə 1910-cu ilin fevral ayının əvvəlində Balaxanı kəndində "Nəşri-Maarif" cəmiyyətinin nəzdində fəaliyyət göstərən camaat məktəbinə şəriət və ana dili müəllimi kimi təyin olunur. Sabir bu vəzifəsini mətbuatda da əks etdirərək, 1910-cu il fevralın 7-də və 14-də "Səda" qəzetində çap olunan şeirlərini "Balaxanı məktəbi müəllimlərindən Ə. Sabir Tahirzadə" imzası ilə təqdim edir.[29][23]Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur.Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 25-də vəfat etmişdir. O, Şamaxı şəhərində Yeddi Günbəz məzarlığında dəfn edilmişdir. Sabir ölümündən üç gün əvvəl Hacı İbrahim Qasımovdan qəzetində "Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömrüm vəfa etsəydi, sümüklərimi də xalqımın yoluna qoyardım" deyə yazmasını xahiş etmişdir.
