

4+1 – Susmayan yazışmalar

Hüseyn Nağılı
Yazışmalarınızın kimsə tərəfindən oxunmasını istərdinizmi? Böyük ehtimalla, yox. Amma bəzən susmalı olan mesajlar danışmağa başlayır…
Hüseyn Nağıllının “4+1” romanında hadisələr dörd dostun WhatsApp yazışmaları üzərindən oxucuya çatdırılır. Gecənin qaranlığında baş verən bir yol qəzası dörd dostu geri dönüşü olmayan bir qərarın içinə sürükləyir və hadisə bir qadının ölümü ilə nəticələnir. Panikaya qapılan dostlar cinayətin izlərini gizlətməyə çalışır, baş verənləri yalnız qrup yazışmalarında müzakirə edirlər.
Bəs bu yazışmalar yad birinin əlinə keçsəydi nə baş verərdi? Dostluqlar sarsılarmı, yoxsa daha dərin və təhlükəli sirlər üzə çıxarmı?
“4+1” oxucunu son ana qədər gərginlikdə saxlayan, vicdan, qorxu və sirrlərlə dolu bir dedektiv əsərdir.
Müştəri geri dönüşləri
Rəy yoxdur







